Paylaşımlarımızda qadın saatlarına az yer verdiyimizin fərqindəyik, vəziyyəti az da olsa düzəltməyə cəhd edək. Fevralın son günlərində bütün karyerasını həvəslə izlədiyim ikona deyə biləcəyim Victoria Beckham ilə Breitling saat evi yeni işbirliklərinin nəticəsini elan etdilər. Beləliklə, Breitling Chronomat Automatic 36 Victoria Beckham.

Saatlar 6 versiyada ümumilikdə, cəmi 1500 ədəd satışa çıxıb. 3 Paslanmaz polad gövdəli, 3 sarı qızıl gövdəli. Hər iki gövdədə eyni sferblatlar gecəyarısı mavisi və nanə yaşılıdır, fərqli olan polad gövdədə göyərçin boz rəng çalarlı sferblatın olması və qızıl gövdədə isə qum sarılı sferbalt olmasıdır. Rənglər Viktoria Bekhem Moda Evinin 2024-cü il yaz/yay kolleksiyasının rəngləridir. Səbəbi açıqlanmasa da məhz sarı qızıl olması Viktoria Bekhemin seçimidir. Saniyə qolunun əks istiqamətində VB inisialları görünür.

Arxa qapaq bağlıdır, daxildə digər Chronomat modellərində də olduğu kimi saatda 28800 titrəyiş tezlikli, 42 saat güc rezervinə sahib Breitling 10 kalibri işləyir.

Bağlı qapağın üstü isə Victoria Beckham adı ilə bəzənib. Bundan başqa məhdud sayda olduğunun göstəricisi yer alır, qızıl modellər hər biri 100 ədəd, polad modellər isə hər biri 400 ədəddir. Gövdənin diametri 36mm-dir. Hündürlük cəmi 10mm, suya davamlılıq isə 100m təşkil edir. Bilərzik 18mm enində olub bağlanma yerinə tərəf 16mm-ə qədər incəlir. Bağlanan hissədə də dünya şöhrətli müğənni-dizaynerin adı yazılıb.

Son olaraq qiymətlərdən də danışaq, polad versiyalar 5500 EUR, qızıl versiyalar isə 29500 EUR qiymətə təklif olunur.

(c) Şəkillər breitling.com saytındandır.