Category Archives: Brendlər

Watches & Wonders 2024. İkinci hissə.

Söz verdiyim kimi Saatlar və arzular sərgisi haqqında ikinci yazını yazmağa, nəhayət ki, imkan tapa bildim. Keçən dəfə yazmadığım, ancaq heç də ilk yazıda olanlardan geri qalmayan yeniliklərə bir göz ataq. Əvvəlcə bir rekordu qeyd edim gərək. Son illər Bvlgari və Piaget ən nazik saat kateqoriyasında rekord üstünə rekord qırırlar. Bvlgari bu dəfə öz rekordunu

Continue Reading →

Breitling & Victoria Beckham

Paylaşımlarımızda qadın saatlarına az yer verdiyimizin fərqindəyik, vəziyyəti az da olsa düzəltməyə cəhd edək. Fevralın son günlərində bütün karyerasını həvəslə izlədiyim ikona deyə biləcəyim Victoria Beckham ilə Breitling saat evi yeni işbirliklərinin nəticəsini elan etdilər. Beləliklə, Breitling Chronomat Automatic 36 Victoria Beckham. Saatlar 6 versiyada ümumilikdə, cəmi 1500 ədəd satışa çıxıb. 3 Paslanmaz polad gövdəli,

Continue Reading →

Büdcə dostu, ya canlı əfsanə?

Orient 3 ulduz, bəzilərinə ZiqZaq, Freza, digərlərinə lupa, üçbucaq və s. deyirdilər. Mənimlə təxminən eyni nəsil insanlar üçün, xüsusən post Sovet ərazisində böyüyənlərə bu adlar nostalji hisslər gətirir. Təxminən hər birimiz uşaqlıqdan bu saat adlarını eşidirik, kimilərimiz atamızda, kimilərimiz babamızda, əmi-dayımızda Orient görmüşük. Bəziləriniz mənim kimi atasından qalan Orienti biləyində xoş xatirələrlə gəzdirir. Bəs bu

Continue Reading →

Gec də olsa diqqətimi çəkdi…

Bir neçə dəfə izləyicilərimizdən biraz tənqidi qəbul edəcəyim şərhlər gəlib. Paylaşımlarımıza nə qədər diqqət etməyə çalışsam da, tənqidlərlə tam razılaşmasam da, düşündüm ki, bir neçə nəfər bənzər irad bildirirsə nəzərə almalıyıq. İrad isə o idi ki, biz saytımızda daha çox orta və üst sinif saat brendlərinə və modellərinə yer veririk. Bugün sizə ucuz qiymətə ala

Continue Reading →

Yeni Omega Constellation

Omega hər zaman saat dünyasının özəyini təşkil edən brendlərdən biri kimi qəbul olunur, ən azından, mənim üçün bu belədir. Daha çox filmlərdə görünməsi ilə, çoxsaylı səfirləri tərəfindən diqqətimizi çəkən saatlar modellərinin məncə ən məşhur nümunəsi elə Seamaster Professional model sırasıdır. Həm xəfiyyə 007-nin saatı olması, həm də Britaniya Royal ailəsinin üzvlərinin biləyində tez-tez görünməsi bunun

Continue Reading →

Raymond Weil. VMF. vəəəəəə ZÜLFİYYƏ XANBABAYEVA

Fevral ayının ilk günü Bakıda Raymond Weil brendinin yeni kolleksiyasının, xüsusən Millesime modelinin təqdimatı və yeni səfirlərinin elan olunması münasibətilə tədbirdə idim. Dəvət üçün başda Vahid müəllim olmaqla bütün VMF ailəsinə təşəkkürümü bildirirəm. Tədbir Bakının gözəl məkanlarından olan Ağabala restoranında təşkil olunmuşdu. Təşkilatçılıq üst səviyyədə idi. Az saylı qonaqlar arasında İsveçrənin ölkəmizdəki səfiri və onun

Continue Reading →

Frederique Constant yeni modellərlə qarşımızda

Bəlkə də Classics Premiere modellərinə tam olaraq yeni demək də düz deyil, amma… Hamımız Frederique Constant saatlarının geniş model sırasına sahib olduğunu bilirik. Manufaktura dediyimiz yalnız öz fabriklərinə xas mexanizmləri ilə səs salıb brend, bura turbiyon daimi təqvimdən tutmuş adi saat və dəqiqə göstərən modellər aid etmək olar. Giriş modellər isə kvars və Sellita bazalı

Continue Reading →

VMF saat fabriki Mingəçevir şəhərinin 75 illiyini qeyd edir.

Mingəçevir şəhəri ölkəmizin əhali sayına və sənaye tutumuna görə dördüncü şəhəridir. Ərazi qədim yaşayış məskəni olsa da şəhər olaraq əsası 1948-ci il 11 noyabr tarixində qoyulub. Bu il Mingəçevirin yaranmasından 75 il ötür. Bu əlamətdar tarixə ölkəmizin ilk dəqiq mexanizmlər fabriki VMF məhdud sayda bir model həsr etdi: VMF Ənənə Mingəçevir 75 il ref.5114 Saatın

Continue Reading →

Rolex. Hekayəni bir də bizdən dinləyin

Rolex adı ilə ilk saatlar 1908-ci ildə Londonda vitrinlərdə yerini alsa da, o zamanlar hələ kiçik olan fabrikin ilk saatları deyildi. Bugündən ara-sıra müxtəlif brendlərin hekayələrindən danışacağıq. Ancaq konkret illər deyil, müxtəlif mənbələrdən oxuyub, dinləyib, fikrimi yazmağa çalışacam. İlk olaraq Roleksi seçməsəm olmazdı. 1905-ci ildə Hans Wilsdorf və onun iş ortağı Alfred Davis İsveçrədən mexanizmlər

Continue Reading →

Certina da trenddən geri qalmadı

İnteqrə olunmuş bilərzikli saatların sürətlə trend oluğu dövrlərdəyik. Sanki saatçılıq dünyasında 70-lər geri qayıdıb. Bu dizaynın trend olmasında əsas pay sahibi Tissot PRX modeli ilə oldu şübhəsiz ki. Elə Tissot’nun da aid olduğu Swatch Group ailənin daha bir üzvü ilə trendi gücləndirir. PRX artıq hamıda var deyənlər, və ya sadəcə biraz fərqli nisbətən az yayılmış

Continue Reading →