Category Archives: Araşdırma

Watches & Wonders 2024. İkinci hissə.

Söz verdiyim kimi Saatlar və arzular sərgisi haqqında ikinci yazını yazmağa, nəhayət ki, imkan tapa bildim. Keçən dəfə yazmadığım, ancaq heç də ilk yazıda olanlardan geri qalmayan yeniliklərə bir göz ataq. Əvvəlcə bir rekordu qeyd edim gərək. Son illər Bvlgari və Piaget ən nazik saat kateqoriyasında rekord üstünə rekord qırırlar. Bvlgari bu dəfə öz rekordunu

Continue Reading →

Watches & Wonders 2024 Saatbaz gözü ilə

Bu ilki Saatlar və arzular sərgisi aprelin 9-15-i arası, adəti üzrə, Cenevrədə baş tutdu. Hər bir saat həvəskarının həsrətlə gözlədiyi tədbirdə bir xeyli yeni modellər təqdim olundu. Keçən ilə nəzərən bu il biraz gec yazdım bu haqda, gərək bağışlayasınız. Yəqin ki, brendlərin, sərginin rəsmi səhifələrindən və xarici bloqerlərin yazılarından hamı öz gözləntilərinin nə dərəcədə doğrulduğunu

Continue Reading →

Büdcə dostu, ya canlı əfsanə?

Orient 3 ulduz, bəzilərinə ZiqZaq, Freza, digərlərinə lupa, üçbucaq və s. deyirdilər. Mənimlə təxminən eyni nəsil insanlar üçün, xüsusən post Sovet ərazisində böyüyənlərə bu adlar nostalji hisslər gətirir. Təxminən hər birimiz uşaqlıqdan bu saat adlarını eşidirik, kimilərimiz atamızda, kimilərimiz babamızda, əmi-dayımızda Orient görmüşük. Bəziləriniz mənim kimi atasından qalan Orienti biləyində xoş xatirələrlə gəzdirir. Bəs bu

Continue Reading →

Gec də olsa diqqətimi çəkdi…

Bir neçə dəfə izləyicilərimizdən biraz tənqidi qəbul edəcəyim şərhlər gəlib. Paylaşımlarımıza nə qədər diqqət etməyə çalışsam da, tənqidlərlə tam razılaşmasam da, düşündüm ki, bir neçə nəfər bənzər irad bildirirsə nəzərə almalıyıq. İrad isə o idi ki, biz saytımızda daha çox orta və üst sinif saat brendlərinə və modellərinə yer veririk. Bugün sizə ucuz qiymətə ala

Continue Reading →

Mənim Poljot Signal saatım

Biləyimə taxdığım bütün saatlarım kimi şəkillərini paylaşdığım Poljot Signal saatımın da bir hekayəsi var. Ümumilikdə saat fabriki 70-ci illərdə SSRİ-də yaranmışdır, o dövrdə pr kompaniya kimi sağda-solda istifadə olunan kosmos məsələsi bu saatların adına da təsir etmişdi. Mexanizmləri dövründə bütün sovet saatlarında istifadə olunan standart kalibrin modifikasiyası idi, zəngli olan 2612.1 kalibri. Qurmalı və kifayət

Continue Reading →

Rolex. Hekayəni bir də bizdən dinləyin

Rolex adı ilə ilk saatlar 1908-ci ildə Londonda vitrinlərdə yerini alsa da, o zamanlar hələ kiçik olan fabrikin ilk saatları deyildi. Bugündən ara-sıra müxtəlif brendlərin hekayələrindən danışacağıq. Ancaq konkret illər deyil, müxtəlif mənbələrdən oxuyub, dinləyib, fikrimi yazmağa çalışacam. İlk olaraq Roleksi seçməsəm olmazdı. 1905-ci ildə Hans Wilsdorf və onun iş ortağı Alfred Davis İsveçrədən mexanizmlər

Continue Reading →

Bond, Blomkvist, Blanc yoxsa Daniel Craig?

Hər zaman bu fikirdə olmuşam ki, saat həvəskarları eyni zamanda film və maşın həvəskarları da olurlar. Filmlərdə də hər zaman əsas qəhrəmanların sürdüyü maşınlar və biləklərindəki saatlar diqqətimdə olur. Əlbəttə, bilirəm ki, əyləncə sektorunda product replacement deyilən anlayış var, yəni əsas qəhrəmanların saatları, maşınları, geyimləri və hətta içkiləri reklam xarakterli olur. Bununla belə, bu çox

Continue Reading →

Xüsusi birinin xüsusi seçimləri

Bugünlərdə, daha doğrusu 26-sı Joze Mourinyo 60 illiyini qeyd etdi. Bir Mançester Yunayted azarkeşi kimi Joze hər zaman izlədiyim futbol adamıdır. O mənim komandama gələndə çox sevinmişdim, çünki Joze məşqçi kimi çox uğurlu karyeraya sahibdir. Meydandan kənarda da diqqətləri üzərində saxlamağı bacarır. Əlbəttə, onun saatları da hər zaman diqqətimi çəkib. Nə qədər məşhur adamlar üçün

Continue Reading →

Casio Beside. Hər yerdə qarşımıza çıxır, amma satışda yoxdur

Həqiqətən də, sferblatına Casio adının altından Beside yazılan bu seriyanı tapmaq çox çətindir. Mən özüm bu seriyadan bir neçə model bəyənmişdim, Casio Beside ref.BEM SL100D, bir xeyli gözləyəndən sonra VMF dükanlarında ən axtardığım modeli tapdım, tez də aldım. 40mm diametr və 7mm hündürlük məncə ideal proporsialardır bir saat üçün. Bundan sonra da gözləyirəm, Beside seriyasından

Continue Reading →

2023-cü ildə hansı saatları gözləyirik?

Hər il müəyyən brendlərdən yeniliklər gözləyirik biz həvəskarlar. Bir neçə gündür mən də bu haqda yazmaq istəyirəm, hələ indi kompüterimin qarşısına keçə bilmişəm. Bir neçə brendin timsalında baxaq. Saat evləri ildönümlərinə çox önəm verirlər. 2023-cü il Seiko üçün ilk qol saatı buraxılışının 110 illiyi ilə əlamətdardır. Bu barədə danışmışıq, ona görə üstündə dayanmıram. Omega hər

Continue Reading →