Category Archives: Mexanizmlər

Zenith Defy Lab – İnqilabi Texnologiya

Deməli dünən, 14.09.2017 tarixində saatsazlıq dünyasında daha bir inqilabi hadisə baş verdi. İsveçrə istehsalçısı Zenith “Defy Lab” adlı dünyanın ən dəqiq mexaniki saatını təqdim etdi. Zenith dəqiq işləyən mexanizmlər üzrə bütün dövrlərdə seçilib. 5 herz ilə işləyən Avtomatik xronoqraf saatını El Primero kolleksiyasında hələ 1969-cu ildə çıxarmışdı. İnqilabi Texnologiya Defy Lab ilə saatsazlıq tarixində ilk

Continue Reading →

Ultra nazik Citizen Eco-Drive Stiletto

Bu gün VMF şirkətinin rəhbərliyi mənə Yaponiya istehsalı Citizen Eco-Drive Stiletto saatını hədiyyə etdi. Bu hədiyyə məni o qədər çox sevindirdi ki, həvəsə gəlib saatımı sizə tərifləmək istədim. Bu incə, klassik, minimalist saat sahibinin qolunda sanki özü danışır. 2009-cu ildə ən nazik saat kimi Ginnesin rekordlar kitabına düşüb. Korpusun incəliyi 4.4 mm-dir. Sonralar 2016-cı ildə

Continue Reading →

Bakı G-SHOCK-da!

Sabah bizim üçün böyük gündür. Bakıda ilk dəfə G-SHOCK butikimiz açılır. Bu 28 May küçəsində VMF-in Swatch, Tissot, Longines-dən sonra sayca 4-cü butikidir. Grand opening isə Bazar günü, 18 İyun tarixində butikin qarşısında olacaq. Açılışda saatlar müxtəlif testlərdən keçəcək. Buz testi, su testi, zərbə testi və digər testlər. Zərbə testini açılışa gələn hər kəs özü

Continue Reading →

VMF-də Yeni İl Endirimləri

Dekabr ayının 15-dən VMF-də Yeni İl Endirimləri başlayıb. Saatlara 50%-ədək, aksesuarlara isə 70% endirim var. Düşündüm ki, saat həvəskarlarına köməklik üçün bəzi endirim olan modelləri seçib göstərim. Hər birinin indiki qiymətini, endirimli qiymətini və hansı salonda olduğu haqda məlumat verəcəyəm, saatın özü haqda isə çox qısaca  yazmağa çalışacam. Əgər hər hansı bir modellə bağlı ətraflı

Continue Reading →

Sistem 51, Mexaniki İnqilab

Swatch-un ilk avtomatik saatı olan Sistem 51-in debütü 2013-cü il Basel World sərgisində olmuşdu. Bu, o vaxta kimi avtomatik saat tarixində çox böyük texnoloji yenilik idi. Normalda 1 avtomatik saatda 100-dən çox komponent olmalıdır və çox vaxt əl ilə yığılır. Dünyada birinci dəfə Swatch avtomatik saatlarda detalların sayını 2 qat azaldaraq 51-ə saldı və bütün

Continue Reading →

Casio Edifice Bluetooth

Son zamanlar ən xoşuma gələn saatlardan biri Casionun Edifice ailəsinə məxsus EQB-600 modelidir. Bluetooth vasitəsi ilə smatfonla sinxron işləyən 100 metr suya davamlı Yaponiya istehsalı bu saatda Dual Time, Həftənin günləri, ayın tarixi, gecə-gündüz indikatoru kimi funksiyalar var. Həm Android, həm iOS istifadəçiləri üçün Play Store-da və App Store-da Casio Watch+ tətbiqi mövcuddur. App-ın köməyi

Continue Reading →

GPHG Mükafatları və Seiko Enamel

Grand Prix d’Horlogerie de Genève (Cenevrənin saatsazlıq Qran Prisi) 2001-ci ildən bəri hər il keçirilir. Bu mükafatlandırma mərasimi saat dünyasının Orkarı kimidir. Müxtəlif kateqoriyalarda dünyanın hər yerindən saatlar müsabiqədə iştirak edir. Qaliblər beynəlxalq online səsvermə və jürinin səsi ilə seçilir. Müsabiqədən bir ay əvvəl isə nominasiyada seçilmiş saatlar müxtəlif şəhərlərdə sərgilənir. Bu il mərasim Noyabr

Continue Reading →

Saatlarda Biznes Etikası

Bu dəfəki yazım saatların gündəlik və iş həyatında necə düzgün istifadə edilməsi haqqındadır. Bu əsas qaydaları bilmək xüsusilə iş həyatında olanlar üçün çox vacibdir. Əgər sən nəsə satırsansa hamının bildiyi kimi birinci özünü satmaqdan başlamalısan, özünü satmaq burada özünü inandırmaq mənasında işlədirəm. Əvvəlki işim inşaat sahəsində idi və tez-tez bizim ofisimizə qonaq gəlib öz məhsullarını

Continue Reading →

Yapon şah əsəri – Seiko

  Yapon bağları.. Yaponiyaya marağım universitetə hazırlıq vaxtlarından başlamışdı, o vaxt siyahıda birinci Yapon Dilini yazmışdım, sonradan hamı dedi ağlın olsun hüququ, beynəlxalq münasibətləri yaz. Axırda da İngilis dilini yazıb elə düşdüm Xarici dillərin İngilis dili fakultəsinə. İndi şükür edirəm ki, yaxşı ki, İngilis dili üzrə oxumuşam, çünki saatlar haqda ən çox məlumat digər sahələrdəki

Continue Reading →

Maurice Lacroix

Maurice Lacroix (sürətli oxunuşu “Moğis Lakua” ) 1975-ci ildə yaranmış müstəqil İsveçrə saat brendidir. Tələbə vaxtı British Council-dan aylıq Wallpaper jurnalı götürürdüm. İlk dəfə orda rast gəlmişdim bu saata. Çoxlarının və mənim də favoritim mavi siferblatlı, həftənin günlərini və ayın tarixini göstərən, dəri kəmərli Pontos Day-Date modeli idi. Hal-hazırda bu model Bakıda satışda qalmasa da,

Continue Reading →