Tissot PRX 35mm avtomatik mexanizmlə

2 ildən artıqdır Azərbaycanda VMF şəbəkəsində satışda olan, dünyada da kifayət qədər uğurlu satış rəqəmləri əldə edən Tissot PRX seriyası Swatch Group tərəfindən daha bir ağıllı gedişdir sanki. Ancaq daha yaxından incələdikdə bu uğurlu satışların heç də təkcə reklam hesabına olmadığı anlaşılır. Bu arada, haşiyəyə çıxaraq qeyd edim ki, Tissot PRX seriyası elə ölkəmizdə də

Ardını oxu →

Yeni, Gözqamaşdırıcı, Arzulanan Rolex Daytona

Bugünlərdə Rolex cəmi bircə model təqdim etdi və təsirini gördük. İzlədiyim bütün saat bloqları praktik olaraq hər biri bu modeldən yazdılar. Mən isə indi vaxt edə bildim ki, bu mükəmmələ yaxın saatla sizi tanış edim. Necə yazmasınlar, illərdir bir birinin ardınca bir neçə panda sferblatı dediyimiz üzü ilə məşhur yarışçı və aktyor Pol Nyumanın taxdığı

Ardını oxu →

Yaxın əyləşin: H. Moser & Cie Streamliner Flyback Chronograph 2.0

2019-cu ildə H. Moser & Cie ilk saniyə ölçən modelini göstərdi. Brend adət etdiyimiz minimalistik dizaynına uyğun xronoqraf təqdim etmişdi, cəmi 100 ədəd. Mərkəzi xronoqraf saatçılıqda ilk deyil, hələ XlX əsrdən qarşılaşdığımız bir əlavədir saatlarda. Ancaq bu funksiyaya flyback, yəni anındaca sıfırlanan əqrəblər əlavə etmək bir ilk idi. Bu mexanizm o dövrdə H. Moser &

Ardını oxu →

De Bethune model sırasında ən kiçik ölçülü saatını göstərdi

Hər bir saat həvəskarının müəyyən dövrdən, təcrübələrdən sonra maddi tərəfini nəzərə almadan arzuladığı saatlar var. Daha doğrusu müəyyən üst səviyyə saat markalarından hansısa bir model. Mənim üçün bu marka Fransa mənşəli De Bethune brendidir. Hər yeniliklərini böyük maraqla izləyirəm, hətta sizinlə bölüşməsəm belə. Bir dəfə də bir başqa modeli barədə yazarkən markanın saatçılıq dünyasına nəzərən

Ardını oxu →

Yeni F.P. Journe Octa Divine

Cəmi 24 il mövcudluğuna baxmayaraq saatçılıq aləmində özündən yetərincə söz etdirmiş və kifayət qədər ciddi brend kimi qəbul olunan F.P. Journe saat evinin yeni modeli haqqında yazıram bugün. Ancaq gəlin əvvəlcə brendin tarixinə bir baxaq. Əslən Marseldən olan Fransua-Pol Jurn 1976-cı ildən qədim saatların bərpası ilə məşğul olan dayısının yanında işə başladı. Biraz işlədikdən sonra

Ardını oxu →

VMF Miras Kolleksiyası-Heydər Əliyev 100 il

Hər birimiz üçün, hər bir azərbaycanlı üçün 2023-cü il ilk növbədə ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlamətdardır. Belə bir əlamətdar tarixi ölkədə olan saat brendləri qeyd etməyə bilməzlər. Bugünlərdə artıq vitrinlərdə yerini alan yerli brendimiz VMF saat evinin Heydər Əliyev 100 kolleksiyası haqqında yazmasam olmaz. Bu kolleksiya, onun ideyası haqqında ANS Şirkətlər qrupunun

Ardını oxu →

Ənənəvi Seiko modelləri daha kiçik ölçü ilə qarşımızdadır

Məşhur və hamı tərəfindən rəğbətlə qarşılanan Seiko SKX seriyasının uğurunu nəzərə alaraq hələ 4 il əvvəl Seiko 5 Sports model sırasına həmin dizaynlı yeni modellər əlavə etmişdi. Saatçılıq aləmində ölçülərin kiçilməsi trend olduğu dövrdə bu seriya da qarşımıza 4 yeni modellə çıxır, bəli, kiçik ölçüdə. Nəzərə alsaq ki, mən də 40mm-dən kiçik ölçülü saatlara daha

Ardını oxu →

Yeni və klassik IWC mühəndis

Watches & Wonders 2023 sərgisi iki həftə əvvəl bitdi, ancaq yeniliklərdən hələ xeyli danışacağıq. Nə qədər olmasa, bütün saatçılıq dünyasının, aparıcı brendlərdən tutmuş, büdcəsi yetməyən həvəskarlara qədər il ərzində gözlərini dikdiyi əsas platformadan danışırıq. İçi biz qarışıq, hamımızın gözləntilərimiz olur, məmnun olduğumuz da, olmadığımız da, ancaq bir də gözləmədiyimiz, ya hansısa səbəbdən sadəcə sərgi zamanı

Ardını oxu →

Yerli saat brendimiz xaricə çıxır

Əslində bu tam olaraq belə deyil, yəni yerli saat brendimiz VMF artıq bir müddətdir ki, xarici bazarda, daha dəqiq desək, Özbəkistanda satılır. Yerli xəbər portallarından birində dərc olunan müsahibə diqqətimi çəkdi, istədim paylaşım, maraqlıdır, oxumağa dəyər. Müsahibəni yuxarıda keçiddən oxuya bilərsiniz, mənsə bu müsahibədə diqqətimi çəkən bir neçə fikirə toxunmaq istəyirəm. VMF cənubi qafqazda ilk

Ardını oxu →

Watches & Wonders: Patek Philippe yenilikləri

Saat dünyasının ən gözlənilən tədbiri olan Watches & Wonders sərgisində təqdim olunan Roleksin yeni modelləri haqqında yazdığımda sonda növbəti yazıda sərginin ən bəyəndiyim yeni modeli haqqında yazacağıma söz vermişdim. İmkan tapan kimi yazını yazdım. Hər birimizin favorit brendləri, hətta bu markaların içində də favorit model sırası var ki, yeniliklərini həvəslə gözləyirik, hətta bu büdcəmizin hüdudlarını

Ardını oxu →