Bu yaz fəsli Swatch SKIN (CİLD) kollksiyasında ən nazik saatların yeni erasına başladı. Martın 23-ü BASELWORLD-ə gedəndə həmin gün bütün dünyada satışa çıxarıldı və yaxşı ki, saata öz əlimdə baxa bildim. Korpusun incəliyi cəmi 5.7mm-dir. Londonda təqdimatı keçirilən 11 ədəd yeni model ictimaiyyətə açılış mərasimində rəqs performansı ilə təqdim olundu. Modelin konsepsiyası da budur. Make #YOURMOVE – Yəni Rəqs et, ağırlıq, narahatlıq olmadan.. sərhədsiz.. Saatların nazik forması, minimalist dizaynı və yüngüllüyü insana azadlıq verir.

Aşğıdakı şəkillərdən göründüyü kimi gündəlik və rəsmi geyim koduna uyğunlaşdıra biləcəyiniz, sizə tərz qatacaq təvazökar dəbli saatlardır. Əgər saat istifadə etməyə öyrəşmiş biri deyilsinizsə bu modellər sizin üçün də çox uyğundur. Demək olar ki, qolunuzda qəti ağırlıq hiss etməyəcəksiniz və ürəyiniz sıxılmayacaq.

Təmiz rənglər, sadə və bənzərsiz bu saatları almaq üçün səbəb çoxdur. Naziklik, yüngüllük, İsveçrə İstehsalı, və ən əsası münasib qiymətə. Qısa müddət sonra bu saatlar Nizami küçəsindəki və 28 May-dakı Swatch butiklərində 200-250 manat arası qiymətə satışda olacaq.

Mənim ən sevimli seçimim SKINNOIR-dir. SKİN ilə rəqs etmək lazımdır, bütün maneələri dağıtmaq və azadlıq hekayəsi yazmaq 😉

 

skinnoir2ss

sss skin1

QEYD: Hədiyyə kimi də çox gözəldir, qutusu çox “fashionable”-dı.

box

SKINAMOUR

tt

t5

SKINSCREEN

t8

SKINMESH

t10

 

SKINNOIR

t9

t11

Bütün modellərə bu linkdən baxa bilərsiniz: skin.swatch