Bu gün VMF şirkətinin rəhbərliyi mənə Yaponiya istehsalı Citizen Eco-Drive Stiletto saatını hədiyyə etdi. Bu hədiyyə məni o qədər çox sevindirdi ki, həvəsə gəlib saatımı sizə tərifləmək istədim.

Bu incə, klassik, minimalist saat sahibinin qolunda sanki özü danışır. 2009-cu ildə ən nazik saat kimi Ginnesin rekordlar kitabına düşüb. Korpusun incəliyi 4.4 mm-dir. Sonralar 2016-cı ildə bu rekordu elə Citizen özü Eco-Drive One modeli ilə təzələdi. 2.98 mm incəliyindəki korpus ilə. Üstəlik bu qədər ultra nazik olmağına baxmayaraq öz dar qəfəsində günəş işığı ilə enerji yığan mexanizm gizlədib. Bu o deməkdir ki, 1 saat istənilən işıq mənbəyindən enerji toplayan saat 7 ay tam qaranlıq məkanda işləyə bilir. Üstəlik bu qədər nazik saatın şüşəsi sapfirdir. Sapfir şüşəli saatlar 10 illərlə istifadə olunsa da heç vaxt üstünə ən cüzi cızıq belə düşmür. Təbiətdə sapfirdən daha sərt maddə təkcə almazdır. Ümumilikdə isə 7 zolaqlı braslet və korpus 316L markalı paslanmaz zərgərlik poladından hazırlanıb.

Ağırlığı 91 qramdır və demək olar ki, qolda hiss olunmur. Suya davamlılığı isə 3 atmosferdir. Yəni əl-üz yuyanda, yağışlı havada istifadə etmək olar, amma bununla üzmək olmaz.

Saatı almaq istəsəniz qiyməti  1008 manatdır və satışda cəmi 2 ədəd qalıb, VMF Metropark və VMF 28 Mall salonlarında. Dostuma məsləhət görəcəyim saatdır, həm dizayn, həm mühəndislik baxımından.

structured

 

slim

 

feeling

 

comfort

 

companion