(c) anspress.com

Fevral ayının ilk günü Bakıda Raymond Weil brendinin yeni kolleksiyasının, xüsusən Millesime modelinin təqdimatı və yeni səfirlərinin elan olunması münasibətilə tədbirdə idim. Dəvət üçün başda Vahid müəllim olmaqla bütün VMF ailəsinə təşəkkürümü bildirirəm. Tədbir Bakının gözəl məkanlarından olan Ağabala restoranında təşkil olunmuşdu. Təşkilatçılıq üst səviyyədə idi. Az saylı qonaqlar arasında İsveçrənin ölkəmizdəki səfiri və onun xanımı da vardı. Tədbirin rəsmi hissəsi VMF şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin sözləri ilə açıldı, daha sonra brendin biznesin inkişafı üzrə meneceri Jose Ramos Amatriain yeni modellərdən danışdı, onlar arasında olan Millesime modelinin sonuncu Grand Prix d’Horlogerie de Genève (GPHG) mükafatlandırma mərasimində Yarış nominasiyasında qalıb olmasından danışdı. Daha sonra Azərbaycanın xalq artısti, mənim də ən sevimli müğənnim Zülfiyyə Xanbabayevanın və Avroviziya 2011 müsabiqəsinin qalibi Eldar Qasımovun Raymond Weil brendinin dünya üzrə səfirləri sırasına qoşulduqlarını elan etdi. Səfirlərə brendin saatları hədiyyə edildi, Zülfiyyə xanıma bezeli 61 ədəd brilyant daşla bəzədilmiş Raymond Weil Freelancer ref.2490-SCS-50051, Eldar bəyə isə Raymond Weil Millesime ref.2925-STC-60001.

(c) anspress.com

Sonra qonaqlar saatlarla tanışlığa dəvət olundular. Millesime saatı, xüsusən də mükafat qazanan model çoxdandı fikrimdə idi, canlı görmək istəyirdim, amma əvvəlcə Zülfiyyə xanımla görüşmək istəyirdim.

Məncə nəinki Raymond Weil, heç Patek Philippe saat evinin Zülfiyyə Xanbabayeva kimi xüsusi səfiri olmayıb. Bir seçim ancaq bu qədər doğru ola bilərdi, Raymond WeilVMF brendlərini təbrik edirəm. Əlbəttə, görüşdüm, biraz söhbət etmək imkanı da əldə etdim. Ona çoxdan vermək istədiyim bir neçə sualımı da verdim.

Sonra saatlara baxdım, Raymond Weil Millesime ref.2930-STC-65001 gözlədiyim kimi çox gözəl saatdır, biləkdə çox rahatdır. Qısaca xarakteristik göstəricilərini də qeyd edim, 39.5mm diametr, 10.2mm hündürlük və 50m suya davamlılıq. Sellita əsaslı RW4251 kalibri ilə işləyir, 38 saat güc rezervinə sahibdir. Öndən və arxadan sapfir kristal şüşə ilə örtülüdür. VMF salonlarında qiyməti 3972 AzN təşkil edir. Saatı çox bəyəndim, hətta qismət olsa əldə etmək istəyərəm.

Fürsətdən istifadə edib VMF Ənənə saatlarının Mingəçevir şəhərinin 75 illiyi münasibətilə buraxılmış xüsusi seriyası üçün Vahid müəllimə təşəkkür etdim, VMF modellərində bir alıcı olaraq görmək istədiyim yenilikləri çatdırdım. Sol tərəfdə duran gənc isə yetərincə məlumatlı saatbaz Şamil bəydir.

Ümumən tədbir çox maraqlı idi, zövq aldım, bənzəri tədbirlərin tez-tez olmasını ümid edirəm. Son olaraq saatbaz dostum, saartlarla bağlı ən maraqlı söhbətlərim və maraqlı diskusiyalarımın tərəfdarı, VMF saat fabrikinin baş direktoru Orxanla şəklimi paylaşmaq istəyirəm. Hər ikimizin qolunda VMF saatı parıldayır.