Sabah bizim üçün böyük gündür. Bakıda ilk dəfə G-SHOCK butikimiz açılır. Bu 28 May küçəsində VMF-in Swatch, Tissot, Longines-dən sonra sayca 4-cü butikidir. Grand opening isə Bazar günü, 18 İyun tarixində butikin qarşısında olacaq. Açılışda saatlar müxtəlif testlərdən keçəcək. Buz testi, su testi, zərbə testi və digər testlər. Zərbə testini açılışa gələn hər kəs özü edə bilər zərbə testinin qalibinə isə həmin saat hədiyyə olunacaq. Qiyməti 800 manatdır 😀

GSteel_Studio_Black_Tony_178

Ən bol G-SHOCK çeşidləri bu butikdə olacaq. G-SHOCK Yapon saat brendi Casio-nun dünyada ən məşhur kolleksiyasıdır. G-SHOCK haqda çox danışmışam, bu dəfə isə iki modelin müjdəsini vermək istəyirəm. MUDMASTER və G-STEEL-in yeni modelləri!

MUDMASTER həm dünyada çox məşhur modeldir, həm də əsas güclü funksiyaları özündə birləşdirir. Triple Sensor (üçqat sensor) ilə Termometr, Barometr, Altometr kimi funksiyaları dəqiq işləyir, bundan əlavə kompas funksiyası da əsl çölçülük üçündür. Eyni zamanda günəş saatıdır və batareyasını dəyişməyə ehtiyac yoxdur. Dizaynı isə çox detallı mükəmməldir. Bu model Bakıda ilk dəfədir və qiyməti 1608 manatdır. Açılış münasibətilə 20% endirim olacaq və bir həftə ərzində qiyməti 1287 manat olacaq.

gwg

gggg

mm

Digər yenilik isə G-STEEL-in 2017 modelləridir. Ənənəvi kauçuk G-SHOCK-lardan fərqli olaraq G-STEEL subkolleksiyasının korpusu paslanmaz poladdan, kəmərləri isə 20 qat gücləndirilmiş dəri, rezin və poladdan dizayn edilib. Bu medelləri təkcə idman üslübunda yox, həmçinin rəsmi geyimlə də uyğunlaşdıra bilərsiniz. G-STEEL-in qiymətləri 600-800 manat arasında dəyişir. Açılış münasibətilə bütün yeni G-STEEL-lərə də 1 həftə ərzində 20% endirim olacaq.

GSteel_OnLocation_Bruecke_Maxime_047 GSteel_OnLocation_Docks_Maxime_208 GSteel_OnLocation_Docks_Maxime_252 GSteel_OnLocation_Docks_Maxime_463 GSteel_OnLocation_Docks_Maxime_498 GSteel_OnLocation_Docks_Tony_178 GSteel_OnLocation_Docks_Tony_229 GSteel_OnLocation_Steel_Tony_356 GSteel_Studio_Black_Maxime_271 GSteel_Studio_Black_Tony_384

Sabah 18 İyun, saat 12-də, 28 May küçəsi 34A-da hamınızı açılışa gözləyirəm.

IMG_2000